1919-cu il Sülh Konfransına təqdim edilmiş xəritədə... - XİN
14 Noyabr 18:22
“APA-Economics” Beynəlxalq Pambıq Məşvərət Komitəsinin (ICAC) icraçı direktoru Erik Traxtenberq ilə müsahibəni təqdim edir.
- Cənab Erik, COP29-da iştirak ICAC üçün nə vəd edir və ICAC iqlim dəyişiklikləri ilə mübarizəyə necə töhfə verir?
- ICAC pambıq istehsal edən, istehlak edən və ticarət edən ölkələrin üzvlərinin birliyidir. Komitə 1939-cu ildə, Katiblik isə 1946-cı ildə yaradılıb. İllik büdcə 1,8 milyon ABŞ dollarıdır, bunun təxminən 85%-i üzvlərin qiymətləndirməsindən, 15%-i isə iclas və seminarlarda abunə və iştirakçı haqlarının satışından əldə edilir.
COP29-da iştiraka gəlincə, hesab edirəm ki, ICAC əsasən ekoloji məsələlərlə məşğul olmaqda maraqlıdır. Çünki biz inanırıq ki, pambıq haqqında danışmaq üçün çox müsbət hekayəmiz var. Bilirsiniz, pambıq milyonlarla fermer üçün iş yeri yarada bilər. O, həmçinin karbonu tuta bilər, karbonu atmosferdən təmizləyə bilər. Və bu şeylər çox vacibdir, çünki biz burada COP29 karbon emissiyasının azaldılması ilə bağlı müzakirələr aparırıq.
- Azərbaycan və digər pambıq istehsal edən ölkələr niyə ICAC-a qoşulmalıdır? Bu istehsalçı ölkələrə nə vəd edir?
- Biz pambıq istehsalçılarından ibarət Birləşmiş Millətlər Təşkilatının kiçik modeli kimiyik. ICAC-a üzvlük pambıqçılıq sahəsində dataya daha çox çıxış üstünlükləri qazandırır. Biz həmçinin, kənd təsərrüfatına aid texnikalardan istifadə edərək istehsalın təkmilləşdirilməsi istiqamətində çoxlu işlər görürük. Bu pambıqçılıqla bağlı tənzimləmə məsələlərinə də aiddir.
Bizimlə işləyən 2000-dən çox alimdən ibarət şəbəkəmiz var. Beləliklə, əsasən bir ölkə ICAC-yə qoşulduqda, bütün resurslarımıza çıxış əldə edir, yerli pambıq iqtisadiyyatının irəliləməsinə kömək etmək üçün edə biləcəyimiz hər şeyə çıxış əldə edirlər.
- COP29 çərçivəsində iqlim dəyişiklikləri ilə mübarizədən danışılır. Və bilirik ki, pambıqçılıq quraqlığın getdikcə artması fonunda daha çox su tələb edən sahədir. ICAC bununla bağlı hansı innovativ yanaşmalar təklif edir?
- Düşünürəm ki, regenerativ kənd təsərrüfatında etdiyimiz işlər məhsuldarlığa böyük təsir göstərə bilər, lakin daha da əhəmiyyətlisi davamlılıqdır. Siz torpağın sağlamlığına diqqət yetirdiyiniz zaman su və gübrə istifadəsini azaldırsınız və ən əsası məhsuldarlığı artırırsınız, uzun müddətdə davamlı bir sistem əldə edirsiniz. Stereotip budur ki, pambıq çox su istifadə edir və əgər məlumatlara baxsanız, bu, əslində doğru deyil. Dünyada digər əkin sahələri ilə müqayisə suvarılan suyun 2%-dən azı pambığa aiddir. Amma düşünürəm ki, biz yenə də bərpaedici kənd təsərrüfatı modelinə keçməklə performansı yaxşılaşdıra bilərik. Çünki torpaqda daha çox üzvi maddə olduqda bu su istifasəni də azaldır. Hər şey bir ekosistem kimi kənd təsərrüfatına qayıdır. Sağlam bir ekosisteminiz varsa, davamlılıq üçün məhsuldarlığı dəyişdirmək məcburiyyətində deyilsiniz. Sağlam bir sistemə sahibsinizsə, hər ikisini əldə edə bilərsiniz.
- ICAC Azərbaycan hökuməti ilə və ya yerli şirkətlərlə əməkdaşlıq etməyi düşünürmü?
- Deyə bilərəm ki, yerli istehsalçı “GP Cotton” şirkəti ilə görüşümüz olub. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə də görüşümüz ola bilər. Əməkdaşlıq üçün geniş imkanlar var. Ümid edirik ki, Azərbaycan ICAC-yə qoşula bilər. Sonra biz birlikdə işləyərək texnikaları buraya gətirərək fərq yarada bilərik.