Milli Məclisdə büdcə müzakirələri davam etdirilib
27 Noyabr 23:45
27 Noyabr 23:45
27 Noyabr 23:32
27 Noyabr 23:30
"Qarabağ"ın futbolçusu Yassin Benzia UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda "Lion"la (Fransa) keçiriləcək oyundan əvvəl mətbuat konfransında iştirak edib.
Apasport.az xəbər verir ki, futbolçu öncə oyun barəsində fikirlərini bildirib, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb:
"Əvvəllər oynadığım "Liona"a qarşı maraqlı olacaq. İndi isə "Qarabağ"ın üzvüyəm. Mənim üçün xüsusi əhəmiyyət daşıyır. Çox vacib oyundur".
- Əvvəl oynadığınız "Lion"la indiki arasında hansı fərqlər var? Sizcə, hansı komanda daha güclüdür?
- Çox böyük fərq var. Klub prezidentləri də dəyişib. Mən oynadığım zaman yüksək performans göstərirdik. Ancaq indiki "Lion" da çox yüksək səviyyəli komandadır.
- "Qarabağ"da oynamaq sizə hansı üstünlüklər verib?
- Bizim üçün "Qarabağ" sözünün mənası xüsusi əhəmiyyət daşıyır. Bu klubun formasını geyinmək, şərəfini qorumağa çalışırıq.
- Xüsusi deyəndə, nəyi nəzərdə tutursuz? Burada gördüyünüz yeniliklər haqda nə deyə bilərsiz?
- Biz hansısa kəşfiyyat məlumatları ilə məşğul deyilik. Baş məşqçimiz çox güclüdür. Mən xüsusi deyəndə müharibəyə görə "Qarabağ"ın Bakıda yerləşməsini nəzərdə tuturam.
- "Lion"a qarşı oynayacaqsız.. Necə hissdir?
- Ən yaxşı şəkildə hazırlaşmışıq. "Qarabağ"ın adı xüsusi mahiyyət daşıyır deyə, sona qədər mübarizə aparacağıq. "Lion"u tərk etdikdən sonra sabiq komandama qarşı 3-4 dəfə çıxış etmişəm.