ABŞ Rusiya və Çin maşınlarını qadağan etdi
14 Yanvar 23:35
14 Yanvar 23:35
14 Yanvar 22:17
14 Yanvar 22:16
14 Yanvar 21:12
“Sabah” futbol komandasının slovakiyalı hücumçusu Pavol Şafranko AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
-Bakıda keçirdiyiniz qış təlim-məşq toplanışınızı necə dəyərləndirirsiniz?
-Budəfəki qış hazırlığı çox qısa çəkdi. Amma düşünürəm ki, yaxşı toplanış keçdik. Komanda olaraq mövsümün ikinci yarısını səbirsizliklə gözləyirik.
-Komandanızın birinci dövrədəki çıxışı barədə nə söyləyə bilərsiniz?
-Hazırda qərarlaşdığımız mövqe bizi razı sala bilməz. Mövsümün ikinci yarısında çalışıb yerimizi yaxşılaşdırmalıyıq. Bunu bacaracaq gücümüz var.
-Necə düşünürsünüz, ilk dövrədə komandanızda hansı çatışmazlıqlar oldu?
-Bəzi qarşılaşmalarda üstün oyun nümayiş etdirsək də, qələbə qazana bilmədik. Lakin indi keçmiş oyunlar barədə düşünmək yox, qarşıdakı matçlara köklənmək lazımdır. Ümid edirəm ki, hər şey yaxşı olacaq.
-Rusiyalı mütəxəssis Vasili Berezutskinin rəhbərliyi altında işləmək necə hissdir?
-Berezutski yaxşı məşqçi və yaxşı insandır. Futbolçu karyerasında da çoxlu uğurlar qazanıb. Onun rəhbərliyi altında çalışmaq mənim üçün xoşdur. Biz rusiyalı çalışdırıcıdan çox şey öyrənəcəyik.
-Mövsümün ikinci yarısına beşinci pillədə başlayacaqsınız. Avrokubok şanslarınızı necə qiymətləndirirsiniz?
-Bunu mövsümün sonu göstərəcək. İndidən nəsə deyə bilmərəm. Daim üzərimizdə çalışırıq. Biz daha yaxşı olmalıyıq. İnanıram ki, buna nail olacaq və mövsümün sonunda hədəflərimizə çatacağıq.
-Turnir cədvəlinin lideri “Qarabağ”ı çıxsaq, sizin üçün çempionatda ikinci ən çətin rəqib hansıdır?
-Rəqibləri fərqləndirmək istəməzdim. Rəqabətli liqanız var. Çempionatda hər oyun fərqlidir və hər komanda ilə matçın özünə görə çətinliyi var.