Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən hazırlanan, Ulu Öndərin həyat və fəaliyyətini özündə əks etdirən, dahi şəxsiyyətin mənalı ömrünün təhlükəsizlik orqanlarında keçən hissəsi ilə bağlı "Ulu Öndər silahdaşlarının xatirələrində" adlı kitabın təqdimat mərasimi keçirilib.
Azərbaycan Yazıçılar Birliyində keçirilən təqdimat mərasimində əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Ardından Ulu Öndər Heydər Əliyevin və Qarabağ Müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Təqdimatı birliyin sədri Xalq yazıçısı Anar açıb.
Anar Ulu Öndər Heydər Əliyevin Dövlət Təhlükəsizliyi Xidmətindəki əvəzsiz xidmətlərindən söz açıb.
Daha sonra iştirakçılar Heydər Əliyev və onun haqqında yazılan kitab haqqında təəssüratlarını bölüşüblər.
Qeyd olunub ki, kitabda vaxtilə təhlükəsizlik orqanlarında uzun müddət Heydər Əliyevlə birlikdə çalışmış, onunla mütəmadi birbaşa təmasda olmuş veteran əməkdaşların xatirələri yer alıb.
Kitabın yazılmasında əsas məqsəd Ulu Öndərin xüsusi xidmət orqanlarında çalışarkən xalqının rifahı və Azərbaycanın təhlükəsizliyi yolunda etdikləri ilə bağlı yeni məqamları ictimaiyyətin diqqətinə çatdırmaqdır.
Kitabın ən önəmli, unikal cəhəti burada indiyə kimi heç bir yerdə dərc olunmayan, vaxtilə təhlükəsizlik orqanlarında Heydər Əliyevin rəhbərliyi altında çalışmış veteran əməkdaşların üzərində Ulu Öndərin imzası olan və onların şəxsi işlərində saxlanılan məxfi qrifli arxiv sənədlərinin, dahi rəhbərin bu təsisatda xidmət etdiyi vaxtlara aid fotoşəkillərin, o cümlədən Ümummilli Liderin Rusiya təhlükəsizlik orqanlarının arxivində saxlanılan şəxsi işindən olan sənədli materialların, həmçinin Özbəkistan və Qazaxıstan təhlükəsizlik orqanları veteranlarının xatirələrinin yer almasıdır.
Azərbaycan təhlükəsizlik orqanları məhz Ulu Öndərin miras qoyduğu vətənpərvərlik irsi və peşəkarlıq məktəbi əsasında fəaliyyət göstərir, bu orqanlarda xidmət vaxtilə Heydər Əliyevin müəyyən etdiyi meyarlar üzərində inkişaf etdirilir. General-polkovnik Əli Nağıyev qeyd olunanları "Ön söz"də xüsusi vurğulayır: "Heydər Əliyevin şərəfli ömrünün 25 ilini həsr etdiyi Azərbaycan təhlükəsizlik orqanlarındakı fəaliyyəti, gələcək nəslə miras qoyduğu peşəkarlıq məktəbi xüsusi xidmət orqanlarının əməkdaşları üçün etalon olaraq qəbul edilir. Ulu Öndərin millətə və dövlətə sədaqət amalları isə daima gənc zabitlərə aşılanır".
Xatırladaq ki, cari ilin 10 may tarixində DTX-də keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş təntənəli tədbirdə təqdimatı baş tutmuş nəşrin "Ön söz"ünün müəllifi olan DTX-nin rəisi general-polkovnik Əli Nağıyev kitabın ərsəyə gətirilməsinin əsas məqsədini aşağıdakı kimi açıqlayıb: "Ümummilli Liderin 100 illik yubileyinin qeyd olunduğu ərəfəyə təsadüf edən bu kitabın hazırlanmasında əsas məqsəd Heydər Əliyev ideyalarının geniş təbliği, insanlara, xüsusən də gənc nəslə onun mənalı həyat və nümunəvi xidmət yolu barədə vaxtilə rəhbərliyi altında çalışmış, dahi şəxsiyyətin diqqət və qayğısını öz üzərilərində hiss etmiş, məsləhət və tövsiyələrindən bəhrələnmiş təhlükəsizlik orqanlarının veteranlarının və onların övladlarının hafizələrinə ömürlük həkk olunmuş unudulmaz xatirələri oxucularla bölüşməkdir".