Boris Akunin bu dəfə də plagiatçılıqda ittiham olunur Ədəbiyyat

Boris Akunin bu dəfə də plagiatçılıqda ittiham olunur

Rusiyalı yazıçı Boris Akunin (Qriqori Çxartaşvili) plagiatçılıqda ittiham olunur.

APA TASS-a istinadən xəbər verir ki, onu Smolensk vilayətindən olan yazıçı Tayana Vikentyeva ittiham edir.
Yazıçının sözlərinə görə, Akuninin Erast Fandorin haqqında macəraları haqqında romanları və onun əsasında çəkilən “Fandorin. Azazel” serialı onun “Ölüm evi” pyesindən götürülüb.

Məhkəməyə müraciət edən yazıçı qadın 1 milyon rubl təzminat istəyir. Bundan başqa o, serialın gəlirlərindən də haqq tələb edir.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya yazıçısı Boris Akunin barəsində cinayət işi açılıb. O, Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaqda ittiham olunur. Xatırladaq ki, Boris Akunin daha əvvəl Rusiya hökuməti tərəfindən terrorçu və ekstremistlər reyestrinə daxil edilib. Onun müəllifi olduğu kitabların Rusiya ərazisində satışının qadağan olunduğu və kitab mağazalarında satışdan yığışdırıldığı da bildirilib.