Avstriya əsilli ABŞ yazıçısı vəfat edib Ədəbiyyat

Avstriya əsilli ABŞ yazıçısı vəfat edib

Avstriya əsilli ABŞ yazıçı Lore Seqal 96 yaşında vəfat edib.

APA “The Guardian“a istinadən xəbər verir ki, L.Seqal bu ilin iyulunda infarkt keçirdikdən sonra evində müalicə alırdı.

Qeyd edək ki, o, 1928-ci ildə Vyanada anadan olub. 1938-ci ildə Avstriya ilhaq edildikdən sonra ailəsi Londona sığınıb. Avto-bioqrafik romanlar və qısa hekayələr müəllifi öz əsərlərində bu hadisələri, nasistlərin Vyananı işğalını bədii şəkildə əks etdirib.