Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
21 Dekabr 22:29
21 Dekabr 19:20
20 Dekabr 23:20
Stokholmdakı İsveç Akademiyası Ədəbiyyat üzrə Nobel mükafatının qalibi kimi cənubi koreyalı yazıçı Han Qanı seçib və o, Koreya Respublikasından bu mükafatı alan ilk yazıçı olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Nobel Komitəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, yazıçı tarixi sarsıntılarla üz-üzə duran, insan həyatının kövrəkliyini üzə çıxaran zəngin, poetik nəsrinə görə təqdir edilib.
“O, bədən və ruh, diri və ölü arasındakı əlaqə haqqında unikal anlayışa malikdir, onun poetik və eksperimental üslubu müasir nəsrdə innovtiv olub”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, Han Qan 1970-ci il noyabrın 27-də Koreya Respublikasının cənub-qərbindəki Kvancu şəhərində yazıçı Han Sın Vonun ailəsində anadan olub. O, 10 yaşında ailəsi ilə birlikdə Seula köçüb. Yönse Universitetində Koreya ədəbiyyatı üzrə təhsil alıb, daha sonra ABŞ-nin Ayova Universiteti nəzdindəki yazıçı emalatxanasında təhsil alıb. Ardından o, Seul İncəsənət İnstitutunda dərs deyib.
Ədəbiyyat sahəsində 23 yaşında debüt edib və bəzi şeirləri “Cəmiyyət və Ədəbiyyat” jurnalında çap olunub. 1994-cü ildə onun “Qırmızı lövbər” hekayəsi “Seul Sinmun” qəzetinin (Seul şəhər qəzeti – red.) ədəbi müsabiqəsində qalib gəlib. O vaxtdan bəri bir neçə roman və hekayələr toplusu nəşr etdirib, öz ölkəsində ədəbi mükafatlar alıb.
Han Qan 2016-cı ildə Buker Mükafatına layiq görüldüyü “Vegeterian” romanı, eləcə də “İnsan hərəkətləri” və “Budur, oğlan gəlir” əsərləri ilə məşhurluq qazanıb.
Evlidir. Həyat yoldaşı ədəbi tənqidçi Hon Yon Hidir.