Milli Məclisdə büdcə müzakirələri davam etdirilib
27 Noyabr 23:45
27 Noyabr 23:45
27 Noyabr 23:32
27 Noyabr 23:30
Türkiyədə yaşayan həmyerlimiz yazıçı Ceylan Mumoğlunun "Bilge Kadının El Kitabı" adlı əsəri ikinci dəfə nəşr olunub.
Yazıçı yeni nəşrlə bağlı xalqcəbhəsi.az-a məlumat verərək kitabın ikinci nəşrinin də Liz yayınlarında olduğunu bildirib: “Öncə onu qeyd edim ki, Liz yayınları ilə biz 2022-ci ildə tanış olduq. Onlar məndən yeni əsərimin olub-olmadığını soruşdular. Mən də o zaman bu əsəri Azərbaycanda nəşr etdirmək istəyirdim. Həmin ərəfədə Şərif Ağayar bəy əsərimi redaktə etdi və həm də xanımlarımız üçün faydalı bir kitab olacağı haqqında müsbət rəy yazdı. Amma mən lazım olan həmin vaxtda Bakıya gedə bilmədiyim üçün kitabın Bakıda nəşr edilməsi məsələsi qaldı. O zamanlar Liz yayınları mənə müraciət edəndə düşündüm ki, kitab elə əvvəlcə türkcə nəşr edilsin, Azərbaycana gedəndə orada Azərbaycan dilində də nəşr etdirərəm. Beləliklə, 2022-ci ilin noyabr ayında bu kitab Liz yayınları tərəfindən ilk dəfə nəşr edildi. İlk nəşrində kitabın üz qabığı indikindən fərqli idi və oxucular tərəfindən bəyənildi. Nəhayət, 2 il sonra da Liz yayınlarında kitabı ikinci dəfə nəşr etdirdik”.
C.Mumoğlu vurğulayıb ki, kitab qadınların həyatında bilik və təcrübəni vurğulayan bir əsərdir: “Kitabda qadınların həyatında mövcud olan müxtəlif mövzulara dair dərin mənalar və təlimatlar təqdim edilib. Yəni qadınlarımız həyatında hansısa bir çətinliklə qarşılaşanda bu kitabı vərəqləyərsə, bir həll yolu tapacağına əmin ola bilər. Düşünürəm ki, bu kitab qadınlarımızın həyatına işıq tutacaq. Bu dəfə, yəni ikinci nəşrin üz qabığında çox da yaşlı olmayan ağ saçlı qadın və onun yanında bayquş yer alır. Bayquş müdrikliyin simvoludur deyə onu əlavə etmişik. Süni intellektin bizə verdiyi imkanlardan yola çıxaraq onu yaratmağa nail olduq. Eləcə də kitabın ikinci nəşrində əsərə bəzi redaktələr, əlavələr var, eyni zamanda, kitabın içində yer alan rəsmlər, tərtibat da bir qədər dəyişilib. Bütün kitabsevərləri bu əsəri əldə etməyə çağırıram”.
Qeyd edək ki, bu kitab C.Mumoğlunun Türkiyədə nəşr edilən tək əsəri deyil. Bundan öncə yazıçının “Aydınlanma səyahəti”, “Qadının üç yaş dövrü” əsərləri də türkcəyə tərcümə edilərək nəşr olunub.
Röya İsrafilova