Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarılıb Ədəbiyyat

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarılıb

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən azad edilib.

APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov tutduğu vəzifədən azad edilib. Hələlik Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə yeni təyinat yoxdur.