Davos İqtisadi Forumu: dividentlər və yeni fürsətlər
22 Yanvar 23:35
Onun adını həmişə yaxşı xatırlamışıq. Əlindən yaxşılıq etmək, insanlara qarşı səmimi olub. Ana babam Tahirov Cabar Nəsib oğlu mən anadan olmamışdan qabaq dünyasını dəyişib. Ancaq onun haqqında həmişə xoş sözləri, təəssüratlar eşitmişəm və bu gün yaşlı insanlar onun yaxşılıqlarından danışırlar.
Babam dövlət xadimi olub. Bu onun xarakterinə heç bir dəyişikliyə təsir göstərməyib. Çünki onun üçün dürüstlük, işə düzgün yanaşma, əməksevər insanları diqqətdən kənarda qoymamaq əsas qayəsi olub. Onun haqqında çox məlumat yoxdur. Buna bəzən təəssüf edirəm ki, bu günə qədər babam haqqında niyə yazı yazmamışam. Bu günlərdə əlimə tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin və Kamil Həmzəyevin 2005-ci ildə qələmə aldıqları “Suraxanı: tarixi-publisistik oçerklər, tərcümeyi-hal- lar, şəcərələr, sənədlər” kitabı keçdi. Babamın həyatının müəyyən qismi öz əksini tapıb. Babam xalqımız üçün yaşayan bir şəxsiyyət olub. Düşünürəm ki, oxucularımız üçün babamın həyatı maraqlı olar.
Tahirov Cabar Nəsib oğlu kimdir?
Bakının Suraxanı kəndində anadan olub. 1914-1918-ci illərdə kənd məktəbində təhsil alıb. Ağır ailə vəziyyəti ilə əlaqədar olaraq əmək fəaliyyətinə Suraxanı neft mədənlərində fəhlə işləməklə başlamışdır. 1922-ci ildən artıq qazmaçı kimi işləyib.
Suraxanı mədənlərində baş vermiş böyük yanğından sonra yanğının nəticəsinin ləğv edilməsində fəal iştirak edib. 1923-1930-cu illərdə neft quyularının istismarı üzrə fəhlə işləyib. 1930-1937-ci illərdə fədakar əməyinə görə, işini əla bildiyi üçün neft ustası, baş usta, mədən müdiri vəzifələrinə irəli çəkilib.
17.12.1937-ci ildə onu Suraxanı RPK(b) katibləri Qasımov və Xansovun sözləri ilə dövləti aldatmaqda ittiham olunaraq partiya sıralarından xaric ediblər. İşə Azərbaycan Respublikasının Komunist Partiyasının Mərkəzi Komitəsi qarışandan sonra partiyaya bərpa olunub.
Neft sənayəsində xidmətləri
01.11.1938-ci illərdən 20.02.1939 cu ilə kimi RPK(b) katibi işləyib. 1939-1944-cü illərdə Stalinneft QÇİ-nin rəisi, 1944-1946-cı illərdə Siyəzən NQÇİ-nin rəisi vəzifəsində çalışıb.
Xəstəliyi ilə əlaqədar olaraq 1946-1949-cu illərdə Orconikidze NQÇİ-nin rəisi,1949-cu ildən ömrünün axırına kimi Siyəzən NQÇİ-nin rəisi işləyib.
SSRİ rəhbərliyi onun əməyini diqqətdən kənarda saxlamayıb. Onu bir sıra orden və medallarla təltif ediblər:
Azərbaycan SSR-nin Fərmanı ilə ona fəxri Neft ustası adı verilib.
1940-1951-ci illərdə iki dəfə Lenin ordeni ilə təltif olunmuşdur. 1942-ci ildə Qırmızı Əmək Bayrağı ordeni və bir çox medallarla təltif olunub.
Azərbaycan SSR-nin fərdi təqaüdçüsü olbub. 1983-cü il 31 martında Bakı şəhərində vəfat edib. Doğulub boya-başa çatdığı köhnə Suraxanı məzarlığında dəfn olunub.
Babamın xatirəsi onun sevənlərinin, yaxınlarının qəlbində yaşayır.
Etibar Vəliyev
AMEA-nın Rəyasət Heyəti Aparatının “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi