Dublin ədəbiyyat mükafatının qısa siyahısı açıqlanıb Ədəbiyyat

Dublin ədəbiyyat mükafatının qısa siyahısı açıqlanıb

Dünyanın ən nüfuzlu ədəbiyyat mükafatlarından sayılan "Dublin" ədəbiyyat mükafatının qısa siyahısı açıqlanıb.

Siyahıya 6 əsər daxil edilib.

Əsərlər aşağıdakılardır:

1. Percival Everett (ABŞ) – “Ceyms”
2. Daniel Meyson (ABŞ) – “Şimal meşələri”
3. Selva Almada (Argentina) – “Bir çay deyil bu”
4. Pol Linç (İrlandiya) – “Peyğəmbərin nəğməsi”
5. Maykl Krammi (Kanada) – “Rəqib”
6. Gerda Blis (Holland) – “Biz işığıq”

Qeyd edilib ki, professor Kris Moraşın sədrlik etdiyi altı üzvdən ibarət beynəlxalq münsiflər heyəti bir qalibi seçəcək və qalib 16-25 May 2025-ci il tarixlərində keçiriləcək Dublin Beynəlxalq Ədəbiyyat Festivalı çərçivəsində mayın 22-i elan olunacaq.