ABŞ Rusiya və Çin maşınlarını qadağan etdi
14 Yanvar 23:35
14 Yanvar 23:35
14 Yanvar 22:17
14 Yanvar 22:16
14 Yanvar 21:12
Ermənistan 30 il ərzində qanunsuz olaraq Azərbaycanın işğal altında olan torpaqlarına minalar basdırıb. Azərbaycan minatəmizlə prosesinə böyük məbləğdə vəsait ayırır.
Bunu Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfrans çərçivəsində panel müzakirələri zaman deyib.
O qeyd edib ki, Azərbaycan hökuməti bu gün minatəmizləməni prioritet istiqamətlərdən biri edib.
"Humanitar minatəmizləmə regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunması baxımından olduqca önəmlidir.
Bildiyiniz kimi, Azərbaycan işağldan azad olunan ərazilərdə böyük miqyasda bərpa, yenidənqurma işləri həyata keçirir. İnsanların öz doğma torpaqlarına təhlükəsiz və layiqli şəkildə qayıtması üçün ərazilərin minadan təmizlənməsi vacibdir", - deyə L.Abdullayeva qeyd edib.