Regionda sülh üçün minalar təmizlənməlidir - Britaniya səfiri Siyasət

Regionda sülh üçün minalar təmizlənməlidir - Britaniya səfiri

Regionda sülh üçün yeni minaların yerləşdirilməsi dayandırılmalıdır. Trend-in məlumatına görə, bunu Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfrans zamanı jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.

O qeyd edib ki, əsas məqsəd olaraq gələcəyə fokuslanmaq lazımdır. “Bölgədə sülhün təmin edilməsi üçün minaları təmizləmək və yeni minalar yerləşdirməmək lazımdır", - deyə C.Şarp qeyd edib.

Səfir əlavə edib ki, Böyük Britaniya BMT-nin İnkişaf Proqramına göstərdiyi yardım sayəsində bir sıra britaniyalı ekspertlər ANAMA-ya öz dəstəyini nümayiş etdiriblər.