Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
26 Dekabr 23:30
26 Dekabr 22:37
26 Dekabr 22:20
Brüssel görüşü sülh proseslərini daha da intensivləşdirdi. Yəni iki tərəf arasında müqavilə imzalanmadı, ancaq xarici işlər nazirilərinə bu barədə göstərişlər veriləcək. Qarşı tərəf Azərbaycanın şərtlərinin əksəriyyətini qəbul etdi. "Dağlıq Qarabağ" ifadəsi işlədilmədi və bu ifadə aktuallığını itirmiş oldu. 10 noyabr, 11 yanvar, 26 noyabr bəyanatların müddəaları yerinə yetiriləcək.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Elman Vəliyev Azərbaycan və Ermənistan prezidentlərinin məlum Brüssel görüşünə münasibətində deyib.
O, qeyd edib ki, tərəflər nəqliyyat yollarının açılması, kommunikasiya sistemlərinin bərpası, sərhədlərin delimitasiya və demarkasiyasını yaxın zamanlarda həll etməyə çalışacaqlar: "Görüşün uzun müddət çəkməksi normaldır. Rəhbərlərin uzlaşmadığı məqamlar da var. Bu məqamlardan biri də qondarma respublika və onun illeqal ordusudur. Azərbaycan tərəfi bu qüvvələrin çıxarılmasını tələb etsə də, İrəvan buna soyuq yanaşır.
İki tərəf arasında rəsmi sülh müqaviləsinin bağlanmasında Kremlin vasitəçiliyi də mühüm yer alar deyə düşünürəm. Brüssel görüşündən sonra top Kremldədir. Moskva tərəflərlə mütləq ki, görüş keçirdəcək".
Cavid