Rus milyarderdən daha bir həyasız açıqlama Siyasət

Rus milyarderdən daha bir həyasız açıqlama

"Baxın, mənə qarşı daha 2 cinayət işi açılıb"

Dağlıq Qarabağa köçməklə beynəlxalq qalmaqala səbəb olan rusiyalı milyarder German Sterliqov növbəti dəfə anti-Azərbaycan xarakterli açıqlama verib. Sterliqov sosial şəbəkələrdən birindəki şəxsi səhifəsində Azərbaycan Baş Prokurorluğunun ona qarşı 2 maddə üzrə cinayət işi açmasına reaksiya verib. "Baxın, mənə qarşı daha 2 cinayət işi açılıb. Halbuki mən azərbaycanlılar, ermənilər və ruslardan təşkil olunmuş sülh müzakirələri təklif edirdim.
Deməli tarixi sənədlər əsasında Dağlıq Qarabağın kimə məxsus olması ilə bağlı açıq diskussiyalardan qorxurlar. Ermənilər açıq müzakirədən qorxmurlar, ruslar da qorxmurlar. Bu məsələdə yalnız azərbaycanlılarda təşviş və qorxu görünür. Görəsən bu nə deməkdir?"
İyulun əvvəllərində qəfildən Qarabağda peyda olan German Sterliqov buranı Ermənistanın əzəli əraziləri elan edərək işğal olunmuş Azərbaycan torpaqlarında kənd təsərrüfatı ilə məşğul olacağını elan etmişdi. Rusiya mətbuatına çoxsaylı müsahibələrində o, həmvətənlərini kütləvi şəkildə QarabağA yaşamağa çağırmışdı.
Xatırladaq ki, ötən gün Azəırbaycan Baş Prokurorluğu German Sterliqova qarşı cinayət məxəlləsinin 281 və 318 maddələri ilə cinayət işi açıb.
Qeyd edək ki, Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri rusiyalı iş adamı Qerman Sterliqovla bağlı məlumat yayıblar.
Məlumatda qeyd olunur ki, "Qerman Sterliqov Şirkətlər Qrupu"nun Direktorlar Şurasının rəhbəri Qerman Sterliqov və onun ailə üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarını, habelə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 4 iyul 2015-ci il tarixdə işğal olunmuş ərazilərə daxil olub.
Bundan başqa, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə 13 iyul 2015-ci il tarixdə Şuşa şəhərində mətbuat kofransı keçirib özünə məxsus "V Kontakte" sosial şəbəkəsinə aid səhifəsində məlumatlar yerləşdirərək qondarma rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına, dini və etnik zəmində təfriqəyə, işğal olunmuş ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına, saxta pul vahidlərinin kəsilməsinə və çirkli pulların yuyulmasına yönələn açıq çağırışlar edib və qanunsuz biznes fəaliyyəti ilə məşğul olub və ailə üzvlərini bu işə sövq edib.
Q.Sterliqovun hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq tədbirləri davam etdirilir.

Əli