"Məqsəd Türkiyə ərazisində Ermənistan dövləti yaratmaq olub"-Turan Rzayev Siyasət
"Hər il olduğu kimi, bu il də ermənilər qondarma “erməni soyqırımı” deyə bir hadisənin yasını tutub dünyaya "türklər bizə qarşı soyqırım edib" deyəcəklər. Lakin həqiqət belədir ki, “erməni soyqırımı” deyə bir hadisə olmayıb. Türklər nə 1915-ci ildə, nə də ondan əvvəl ermənilərə qarşı soyqırım etməyib". Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. Onun sözlərinə görə, Osmanlı tarixini oxuyan hər kəs bilir ki, bu imperiyanın tabeliyində 72-dən artıq xalq olub: "Osmanlı bu xalqların dini inancına, adət-ənənələrinə hər zaman hörmət edib. Ermənilər isə bu xalqlar içərisində xüsusi yerə malik olub. Osmanlı imperiyasına xidmət etmiş saysız vəzirlər, paşalar, yeniçəri ağaları, ordu mənsubları olub. Osmanlı 72 xalq arasından sadəcə ermənilərə “milleti sadıka”, yəni sadiq millət adını verib. Bu zaman sual yaranır 72 xalq içərisindən ermənilərə bu adı verən bir dövlət niyə soyqırım etsin?
1914-cü ildə başlanan I Dünya müharibəsində Osmanlı imperiyası yanlış qərar verərək Almaniya ilə birlikdə müharibəyə daxil oldu. Nəticədə Osmanlı bu müharibədə məğlub oldu və süqut ilə üz-üzə qaldı. Döyüşlərin qızğın çağlarında Türkiyə ordusunda xidmət edən ermənilər xəyanət edərək silahları ilə bərabər düşmənlər tərəfə keçərək türklərə qarşı vuruşublar. Məqsəd Türkiyə ərazisində Ermənistan dövləti yaratmaq olub. Onu da deyim ki, bu ermənilərin ilk belə xəyanəti deyildi. Bundan öncə ermənilər Osmanlı bankını ələ keçirib beynəlxalq ictimaiyyətin diqqətini öz üzərlərinə çəkmək istəmişdilər. Bundan əlavə iki dəvə sason dağı ətrafında üsyan qaldırıblar. Bu və bu kimi faktlar ermənilərin soyqırıma məruz qalmadığını, əksinə özlərinin türklərə qarşı soyqırım etdiyini sübut edir.
Osmanlı imperiyası Birinci Dünya müharibəsi gedişində ermənilərin arxadan zərbə vurmasının qarşısını almaq üçün erməniləri yaxın şərqə sürgün etdi. Ermənilər bu sürgün zamanı kürdlər ilə girdiyi konflikt nəticəsində həlak olub. Həmin dövrdə Osmanlıdakı Hamidiyyə alayları əsasən kürdlərdən təşkil edilirdi. Kürdlər sason dağında onlara qarşı soyqırım edən ermənilərdən belə qisas aldı. Yəni bu heç bir halda türklər ermənilərə soyqırım edib deyə adlana bilməz. Ancaq bir həqiqət məlumdur ki, ermənilər daim qan tökməyə həvəskar ikiayaqlı məxluqlardır. Sual olunur: əgər “soyqırım” olubsa, zərər çəkmisənsə buyur, arxivlərini aç. Onda dünya görəcək ki, bu “yazıq”, “əzabkeş” ermənilər yüz minlərlə türkün qanını hecə axıdıblar. Vanda, Anadoluda, Ərzurumda, Xocalıda, Qaradağlıda, Cəmillidə, Bağanis-Ayrımda, Kərkicahanda və digər yerlərdə azərbaycanlılara divan tutmalarını isə nə qədər gizlətməyə çalışsalar da artıq bunların hamısından dünyanın xəbəri var. Daha bir fakt ondan ibarətdir ki, qondarma soyqırım sərgüzəştlərini qızışdırmaq üçün bolşeviklər guya əvvəllər öldürülənlərin sayını 300 min, 600 min, 1 milyon, daha sonra 3 milyon nəfərə çatdırmışdılar. Amma arxiv sənədləri sübut edib ki, Türkiyədə heç bir milyon nəfər erməni mövcud olmayıb. Ancaq ermənilərin həyasızlıqları o dərəcəyə çatıb ki, hətta olmayan “faktlar” uydurmaqdan belə çəkinmirlər.
Son dövrdə Azərbaycanın apardığı məqsədyönlü fəaliyyət nəticəsində ermənilərin ağalarının himayəsi ilə yüz illərlə “türkün qanını içmək” planları artıq ifşa edilib. Misal üçün son olaraq Edilli və Fərrux kəndlərində aşkarlanan kütləvi məzarlıqlar əslində kimin kimə soyqırım etdiyini bariz şəkildə sübut edir".
Əli Zülfüqaroğlu