İran Bakı və Ankaraya dil uzatdı - ABŞ-dan reaksiya
1 Yanvar 23:01
1 Yanvar 23:01
1 Yanvar 19:46
30 Dekabr 2024 23:51
BMT-nin baş katibi Antonio Quterreş bu həftə Moskva və Kiyevə səfərləri zamanı hərbi əməliyyatların dayandırılması və ehtiyacı olanlara humanitar yardımın göstərilməsini müzakirə etmək niyyətindədir.
Bunu bazar ertəsi keçirilən brifinqdə BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq bildirib.
Onun sözlərinə görə, yekun məqsəd atəşkəs və Ukraynada insanların düşdüyü vəziyyəti yaxşılaşdırmaq, üzləşdikləri təhlükələri azaltmaq və humanitar yardım göstərmək yollarının yaradılmasıdır.
"Həmçinin, BMT-nin Mariupol bölgəsində humanitar atəşkəs kimi təşəbbüsləri, humanitar dəhlizlərin yaradılması müzakirə edilə bilər. Görüşlərin nəticəsini indidən proqnozlaşdırmaq hələ tezdir", - F.Haq bildirib.