Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
21 Dekabr 22:29
21 Dekabr 19:20
20 Dekabr 23:20
“Bu gün dünyada taxılın ixracında birinci yerdə Rusiya, beşinci yerdə Ukrayna dayanır”.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.
Deputat bildirib ki, bu gün bu iki dövlət müharibə aparır və müharibənin sonu görünmür: “Belə reallıqda ərzaq qıtlığı təhlükəsi realdır. Prezident İlham Əliyevin müşavirədə dediyi kimi, Azərbaycan 75 % taxılı başqa ölkələrdən idxal etmək məcburiyyətindədir. Bu gün biz Rusiyadan taxıl alırıq, bu da çoxsaylı problemlərin yaranmasına səbəb ola bilər. Qazaxıstan isə taxıl ixracına kvota tətbiq edir. Bu, bizim taxıl istehsalçılarını çox ciddi düşündürməlidir. Taxıl məhsulu istehsal edən sahibkarlara subsidiyaların həcmi artırılmalıdır. Elə edilməlidir ki, xalqımız belə gözlənilməz situasiyalarda çörəklə imtahana çəkilməsin”.