Ermənistan beynəlxalq hüquq prinsiplərinə əməl etməklə regionda əməkdaşlıqda öz yerini tuta bilər - Nazir Siyasət

Ermənistan beynəlxalq hüquq prinsiplərinə əməl etməklə regionda əməkdaşlıqda öz yerini tuta bilər - Nazir

Cənubi Qafqazda Azərbaycan-Gürcüstan əməkdaşlığı bir nümunədir və istənilən qonşu ölkələr üçün uğurlu bir model kimi istifadə edilə bilər.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili ilə birgə brifinqdə deyib.

Nazir bildirib ki, Ermənistan beynəlxalq hüquq prinsiplərinə əməl etməklə regionda əməkdaşlıqda öz yerini tuta bilər.