Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
21 Dekabr 22:29
21 Dekabr 19:20
20 Dekabr 23:20
Avropa İttifaqı (Aİ) Azərbaycanla inkişaf etməkdə olan dialoqu yüksək qiymətləndirir.
Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Aİ tərəfindən təşkil olunmuş "Avropanı nə qədər yaxşı tanıyırsınız?" intellektual müsabiqəsinə həsr edilmiş tədbir çərçivəsində deyib.
Səfir Azərbaycanla Aİ arasında uğurla inkişaf edən əməkdaşlığı qeyd edib.
"Azərbaycanın bütün regionlarından 14-26 yaşlı gəncləri bir yerə toplamaqla Aİ Avropanın tarixi, dəyərləri və mədəniyyəti barədə biliklərin genişlənməsinə çalışır, eləcə də komanda işini və analitik vərdişləri təşviq edir. Müsabiqədə iştirak üçün 555 müraciət olunub, yalnız 14 komandadan 66 namizəd müsabiqəyə buraxılıb", - deyə o bildirib.
Onun sözlərinə görə, Avropa gənclər ili çərçivəsində Aİ-nin Azərbaycandakı nümayəndəliyi "EuroVillage", Avropa yay məktəbi, Aİ Gənclər müsabiqəsi kimi tədbirlərin keçirilməsini planlaşdırıb.
P.Mixalko, həmçinin Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin, energetika məsələləri üzrə komissar Kadri Simsonun Bakıya səfərlərini, “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasını, xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrellə görüşünü xatırladıb.
"Bütün bu görüşlər növbəti dəfə Azərbaycanla Aİ arasında münasibətlərin yüksək səviyyəsini təsdiq edir. Biz tərəflər arasında inkişaf etməkdə olan dialoqu yüksək qiymətləndiririk", - P.Mixalko deyib.