Laçın dəhlizinə alternativ yoldan yaxın bir həftə ərzində istifadə oluna biləcək - Saleh Məmmədov Siyasət

Laçın dəhlizinə alternativ yoldan yaxın bir həftə ərzində istifadə oluna biləcək - Saleh Məmmədov

Laçın şəhərindən keçmədən alternativ yolun çəkilişi 10 aya çəkilib istifadəyə verildi.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib. O bildirib ki, həmin yolun 10 kilometri Ermənistan ərazisindən keçir.

"Cənab Prezidentin tapşırığına əsasən 22 kilometr yolu Laçın şəhərindən keçmədən çəkdik. Ermənistan tərəfi isə üzərinə düşən öhdəliyi yerinə yetirə bilməyib və hələ də 10 kilometr yolu tikib başa çatdıra bilmədiyi üçün Qarabağda yaşayan erməni əhalisinin xahişi ilə biz yeni yola birləşən əlavə 4.8 kilometr yolun da çəkilişini üzərimizə götürdük. Artıq həmin yolu da çəkmişik. Yaxın bir həftə ərzində həmin yoldan istifadə oluna biləcək", - S.Məmmədov deyib.