Azərbaycan və Türkiyə XİN başçıları Polşada görüşüb - YENİLƏNİB-1 / FOTO Siyasət

Azərbaycan və Türkiyə XİN başçıları Polşada görüşüb - YENİLƏNİB-1 / FOTO

30 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Polşada keçirilən 29-ci iclası çərçivəsində Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

Bu barədə XİN-dən məlumat verilib.
Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.

Nazirlər, həmçinin ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında və çoxtərəfli platformalarda əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

30.11.2022

Saat 22:51

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Nazir bu barədə “Twitter“ hesabında paylaşım edib.

“Qardaş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində görüşdük. Ölkələrimiz arasında gündəlikdə duran məsələlər və gələcək addımlarımızı müzakirə etdik. Hər zaman bir yerdə, “Bir Millət, İki Dövlət Azərbaycan-Türkiyə”,-deyə paylaşımda qeyd edilib.

***

Saat 15:02

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.

APA-nın İstanbul müxbir xəbər verir ki, türkiyəli nazir bu barədə jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, görüş Polşada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində baş tutacaq.

Xatırladaq ki, bu gün Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşüb.