“Başlıca məqsəd düşmənçilik və qarşıdurma yaratmmaq cəhdidir”-millət vəkili Siyasət

“Başlıca məqsəd düşmənçilik və qarşıdurma yaratmmaq cəhdidir”-millət vəkili

“Demokratiyadan dəm vuran Fransa Milli Assambleyasının tarixi gerçəkliyə və reallığa zidd olan belə bir iyrənc qətnaməni qəbul etməsinin başlıca səbəbi müdafiə etdiyi işğalçı Ermənistan üzərində Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəni qəbul edə bilməməsi, Cənubi Qafqaz regionunda yürütdüyü ədalətsiz, qərəzli siyasətinə, ermənipərəst mövqeyinə görə Azərbaycan dövlətinin sol əlinin arxa tərəfi ilə qovulmasıyla bağlıdır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib. O, bildirib ki, Fransanın belə davranışında başlıca məqsədi qovulduğu regiona yenidən düşmənçilik və qarşıdurma yaradaraq burnunu soxmaq və Azərbaycana təzyiq etməkdir”.

Əli