Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Dekabrın 12-də Brüsseldə “Şərq tərəfdaşlığı” ölkələrinin XİN rəhbərlərinin görüşü keçiriləcək.
Trend bu barədə Avropa Şurasının mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin sədrliyi ilə keçiriləcək iclasda “Şərq tərəfdaşlığı”nın altı ölkəsindən beşinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) nazirləri görüşəcək.
İştirakçılar “Şərq tərəfdaşlığı”nın regionda sabitliyin və rifahın möhkəmləndirilməsinə bundan sonra necə töhfə verə biləcəyi barədə fikir mübadiləsi aparacaqlar.
Tərəflər, həmçinin, yaşıl və rəqəmsal transformasiyanın inkişaf etdirilməsi üçün əsas vasitə kimi İqtisadi və İnvestisiya Planının icrasının reallaşdırılmasını və bütün regionda sosial-iqtisadi inkişafı necə sürətləndirməyi müzakirə edəcəklər.