Rusiya Azərbaycan və Ermənistan liderlərinin görüşünün öz ərazisində keçirilməsinə yardım etməyə hazırdır - Peskov Siyasət

Rusiya Azərbaycan və Ermənistan liderlərinin görüşünün öz ərazisində keçirilməsinə yardım etməyə hazırdır - Peskov

Rusiya Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün öz ərazisində keçirilməsi üçün bütün lazımi yardımı göstərməyə hazır olacaq.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Rusiya, təbii ki, öz ərazisində belə bir görüşün keçirilməsi üçün bütün lazımi yardımı göstərməyə hazır olacaq", - deyə Kremlin sözçüsü qeyd edib.

D.Peskov ilin sonunda Sankt-Peterburqda baş tuta biləcək MDB-nin qeyri-rəsmi sammitindən danışarkən deyib:

“Bütün razılaşmalar yekunlaşdıqdan sonra ilin sonuna qədər belə bir görüşün keçirilməsi ideyaları var. Müvafiq açıqlama verəcəyik. Görüşdən sonra da anlaşma olarsa, sizi məlumatlandıracağıq", - deyə D.Peskov sözlərini yekunlaşdırıb.