ABŞ Rusiya və Çin maşınlarını qadağan etdi
14 Yanvar 23:35
14 Yanvar 23:35
14 Yanvar 22:17
14 Yanvar 22:16
14 Yanvar 21:12
Ermənistanın baş naziri Nikol Paşinyan yenə də ənənəsində uyğun olaraq, diqqəti rəsmi İrəvanın öhdəliklərindən yayındırmaq üçün söz oyununa davam edir. Paşinyan Ermənistan hökumətinin bu gün keçirilən toplantısında bəyan edib ki, rəsmi İrəvan Azərbaycana öz ərazisindən dəhliz açacağına dair heç bir şifahi vəd verməyib. Onun sözlərinə görə, “Ermənistanın belə bir şifahi vəd verməsini təsdiqləmək gülüncdür və hətta nəzakətsizlikdir”. Sitat: “Azərbaycan mütəmadi olaraq, üçtərəfli bəyanatın müddəalarını pozur. Belə pozuntulardan biri də, rəsmi Bakının mütəmadi olaraq, Ermənistanın öz ərazisindən Azərbaycana dəhliz açacağı ilə bağlı şifahi vəd verdiyini bəyan etməsidir”.
Göründüyü kimi, Nikol Paşinyan yenə də ənənəvi yalanlarını söz oyunları ilə pərdələməyə çalışır. Məlum olduğu kimi, rəsmi Bakı heç vaxt Ermənistanın öz ərazisindən Azərbaycana dəhliz açacağı ilə bağlı “şifəhi vəd” verdiyini bəyan etməyib. Çünki Nikol Paşinyan Ermənistan adından üçtərəfli bəyanata imza atarkən Zəngəzur dəhlizi ilə bağlı yazılı öhdəlik götürüb. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndində qeyd olunur ki, “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”. Göründüyü kimi, üçtərəfli bəyanatın 9-cu bəndində Azərbaycanla onun ayrılmaz parçası olan Naxçıvan MR arasında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilindən söz açılır. Maneəsiz hərəkət isə, elə dəhliz deməkdir. Bu baxımdan, gülünc olan dəhlizin açıqlması ilə bağlı yazılı öhdəlik götürüldüyü halda, hətta şifahi vədin belə verilmədiyinin iddia olunmasıdır. Bu isə təkcə nəzakətsizlik deyil, həm də yalançılıq, böhtançılıq, riyakarlıq və siyasi fırıldaqçılıqdır.
Üçtərəfli bəyanatın Azərbaycan tərəfindən pozulması ilə bağlı Nikol Paşinyanın iddialarına gəldikdə isə, sözügedən sənədin bir sıra müddəalarına, o cümlədən 9-cu bəndinə Ermənistan tərəfindən əməl edilməməsini, zənnimcə sübut etməyə ehtiyac yoxdur. Paşinyanın yazılı öhdəliyini misli görünməmiş bir həyasızlıqla danması faktı real mənzərəni görmək üçün kifayət edir.
Elçin Mirzəbəyli