Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Moskvada keçirilən üçtərəfli görüşdə yalnız kommunikasiyaların açılması istiqamətində birgə komissiyanın iclasının keçirilməsi razılaşdırıldı. Baş nazirlərinin müavinləri növbəti dəfə görüşəcəklər. Birgə Komissiya ildir ki, təsis edilib. Amma, fəaliyyətində hər hansı bir müsbət dinamika olmayıb.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Rusiya məhz razılaşmaların yerinə yetirilməsində maraqlı olmayıb:
"Moskvada iki məsələ barədə sənədin imzalanması deyilirdi. Amma, heç bir sənəd və bəyannamə qəbul edilmədi.
N.Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanınmasından sonra, Moskva görüşündə Kremlin təklif edəcəyi hər hansı bir təklif qəbul edilməyəcəkdir. Rusiya Qarabağı Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü kimi qəbul etməsini gözləmirdi. Ona görə də Moskva görüşü nəticəsiz oldu. Bu, Azərbaycanın maraqlarına xidmət etməklə yanaşı, Brüssel formatının uğurlu olacağını göstərir. Rusiyanın Cənubi Qafqaz siyasətini Azərbaycan neytrallaşdıra bilib. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına da nail olacaq".
Cavid