“Ərdoğan anamın xəstə olduğunu eşidəndə kömək etmək istədi, Kılıcdaroğlu isə mitinqə dəvət etdi”-Məhərrəm İncə Siyasət

“Ərdoğan anamın xəstə olduğunu eşidəndə kömək etmək istədi, Kılıcdaroğlu isə mitinqə dəvət etdi”-Məhərrəm İncə

Prezident Ərdoğan, 14 May seçkilərinə üç gün qalmış namizədliyindən geri çəkən Məmləkət Partiyasının sədri Məhərrəm İncənin anasının xəstə olduğunu öyrənincə zəng edərək, “Sizin üçün, xəstə ananız üçün nə edə bilərəm?”, deyə soruşub. Xalaqcəbhəsi.az xəbər verir ki, bunu Hürriyət qəzetinin köşə yazarı Abdulkadir Selvi öz məqaləsində qeyd edib. Məhərrəm İncə bildirib ki, Kamal Kılıçdaroğlu da bir gün sonra ona zəng edib. İncə “Kamal bəy məni çağırıb ertəsi gün Tandoğan mitinqinə dəvət etdi”, deyib. Selvi məqaləsində həmçinin qeyd edib: “Məhərrəm İncə tək qalmasına baxmayaraq, linç kampaniyasına uzun müddət müqavimət göstərdi. Səhhətini pisləşdiyi üçün sonda geri çəkildi. Amma səhhəti pisləşən təkcə Məhərrəm İncə deyildi. Linç kampaniyasından anası Zekiyə xanım çox təsirləndi. Təbii ki, o anadır. Axırda xəstələndi. Onun geri çəkilməsinə anasının xəstəliyi də çox təsir etdi.
Prezident Ərdoğan namizədliyini geri götürəndən sonra Məhərrəm İncəyə zəng edib. Kılıçdaroğlu da İncəyə zəng etmişdi. Məhərrəm İncənin iki liderlə görüşü ilə bağlı bu cür dəyərləndirmə apardığı bildirilir. Ərdoğan bildi ki, anam xəstədir. “Anan üçün nə edə bilərəm?, sənin üçün nə edə bilərəm?”,- deyə soruşdu. Bir gün sonra iə Kamal bəy mənə zəng edib Tandoğan mitinqə dəvət etdi”.
Burada iki lider, iki fərqli yanaşma var.
Bütün bunlar siyasət deyil. İnsani yanaşma başqa şeydir”.

Əli