Türk Dövlətləri Qiymətləndiricilər Birliyi öz işinə başlayacaq Siyasət

Türk Dövlətləri Qiymətləndiricilər Birliyi öz işinə başlayacaq

Qazaxıstanın Türküstan şəhərində 7 türk dövlətinin qiymətləndirici assosiasiyalarını birləşdirəcək Türk Dövlətləri Qiymətləndiricilər Birliyi öz işinə başlayacaq.

"Xalq Cəbhəsi" xəbər verir ki tədbirdə birgə bəyanat imzalanacaq və Bakı Zirvəsində müzakirə edilən Nizamnanə qəbul olunacaq. Qurumun rəhbərliyi seçiləcək.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc, üzvlər Elnur Asadov və Mikayil Mirzazada tədbirdə iştirak edəcəklər.

Cavid