Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
“Problemlərə rəğmən, Türkiyə NATO-nun hərəkətverici mühərriki, NATO isə Türkiyənin təhlükəsizliyinin qarantı olmağa məcburdur”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov deyib. A.Kərimov bildirib ki, bu, qarşılıqlı ehtiyac yaradır: “Türkiyə NATO-nun genişlənməsinə töhfə verməlidir, lakin Ərdoğan və onun komandasındakı strateji beyinlər bu genişlənmənin regional təhlükəsizlik aurasında hansı fəsadlar yarada biləcəyini təhlil edirlər. Ərdoğan Türkiyənin təhlükəsizliyini əsas tutaraq, ehtimal ki, sövdələşmələr üçün qapını açıq qoyacaq və təsirli olmaq üçün sərt ritorikasını təkrarlayacaq.
Ritorika və təhlükəsizlik narahatlıqları regional və beynəlxalq dinamikaya görə üsul dəyişdirə bilər. Göründüyü kimi, Türkiyənin milli təhlükəsizliyindən dolayı Qərblə razılaşdırmadan atdığı addımlar, Ankara-Moskva əlaqələri NATO-nun ağrılı yeri olaraq qalmaqda davam edəcək”.