“Qanun qəbul eləməklə bu sahədə vəziyəti normallaşdıra bilməyəcəyik”-Fazil Mustafa Siyasət

“Qanun qəbul eləməklə bu sahədə vəziyəti normallaşdıra bilməyəcəyik”-Fazil Mustafa

“Attestasiya və sertifikasiya məsələləri ilə bağlı ciddi problemlər meydana çıxır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkəınar sessiyasının ilk plenar iclasında millət vəkili Fazil Mustafa Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, bu sahədə çox böyük mübahisələr var: “Attestasiya keçirənlərin bilik səviyəsi bəzən müraciət edənlərdən daha aşağı səviyyədə olur. Biz qanun qəbul eləməklə bu sahədə vəziyəti normallaşdıra bilməyəcəyik”.