Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
26 Dekabr 23:30
26 Dekabr 22:37
26 Dekabr 22:20
Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndində çadır tipli heyvan kəsimi məntəqələri quraşdırılıb.
Trend-in məlumatına görə, bu barədə AQTA-nın sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.
"Həmin çadırlarda heyvanların kəsimi həyata keçiriləcək. Bildiyiniz kimi, artıq əhali bəzi əraziyə köçüb. Təbii ki, gündəlik tələbat mallarından biri də ət məhsullarıdır. Həmin çadır tipli kəsim məntəqələri quraşdırılıb. Şəhərsalmaya uyğun olaraq, orada stasionar tipli kəsim məntəqələr inşa ediləcək", - o bildirib.
Q.Təhməzlinin sözlərinə görə, Qurban bayramına hazırlıq məqsədilə AQTA müvafiq qurumlarla birgə ölkədə standartlara uyğun kəsim məntəqələrində monitorinqlər keçirib: "Standartlara uyğun olmayan yerlərdə isə çadır tipli kəsim məntəqələri quraşdırılacaq".