Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
Məşhur erməni şahmatçı Levon Aronyanın son qərarına gülməmək əldə deyil. O, Dünya Kuboku üçün Bakıya gəlməkdən imtina edib. Bu barədə şahmatçının özü "twitter" hesabında yazıb.
"Mən çıxılmaz vəziyyətdəyəm. Dünya çempionatını çox sevən insan kimi 2023-cü ilin püşkatma mərasimində (iyulun 29-dan avqustun 26-dək) iştirak etmək istərdim, amma bir erməni olaraq Bakıda özümü təhlükəsiz hiss etməyəcəyəm", deyə o qeyd edib.
Artıq Ermənistan şahmat komandasının keçmiş lideri hesab edilən Levon Aronyanın belə bir qərar qəbul etməsini ancaq və ancaq onun erməni xisləti ilə bağlamaq olar. Çünki Ermənistandan köçərək ABŞ-a köçən Aronyan bu narahatçılığına heç cürə haqq qazandırmaq mümkün deyil:
1. Çünkü bizim bayraq fobiyamız yoxdur
2. Çünkü biz lazımı cavabı həm diplomatik, həm siyasi, eyni zamanda idman meydanında necə layiqli şəkildə verməyi bacardığımızı hər zaman nümayiş etdirmişik.
Ölkəsindən küsən, ABŞ-a köçdüyünə görə Ermənistanda nədən incidiyini soruşduqda, anlayan insanların başa düşəcəyini deyən erməninin bu gün Bakıya təhlükəsizlikdən narahatlıq keçirdiyi üçün gəlməyəcəyi ilə bağlı açıqlaması əsassızdır:
Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyan öz Facebook səhifəsində videomüraciət yayımlayarkən qeyd etmişdi ki, "Mənim hərəkətim müstəsna olaraq ləyaqətli, heç vaxt heç bir siyasi qüvvənin üzvü olmayan, bütün bunlara öz baxışı olan erməninin hərəkətidir. Mənim istəyim odur ki, Ermənistanın paytaxtı İrəvanda Azərbaycan bayrağı dalğalanmasın. Əgər belə hesab edənlər varsa ki, mən bunu etməməliydim, o zaman evlərində Azərbaycan bayrağını assınlar".
Belə anlaşılır ki, Aronyan şahmat taxtasında nə qədər mükəmməl olsa da, söhbət məsələ Azərbaycan-Ermənistan mövzusuna gələndə İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağını yandıran Aram Nikolyandan artıq düşüncəyə malik deyil.
Çünkü əgər Levon Aronyan biraz zəkasını bu məsələdə də işə salsaydı Azərbaycan Preazidenti İlham Əliyevin 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarında boks yarışlarında medal qazanan Ukraynanı təmsil edən erməni idmançının azarkeşlər tərəfindən fitə basıldığı zaman bir jesti ilə buna qarşı çıxdığını da xatırlamış olardı. Axı bu hadisə bütün dünya mediasında gündəm olmuşdu. Prezident İlham Əliyevin bu addımı azarkeşlərin alqışları ilə müşayiət olunmuşdu və anoloji hadisə bir daha təkrarlanmayıb.
Hə, erməni şahmatçıya onu da xatırladaq: Hələ 2015-ci ildə Qarabağ hələ də Ermənistanın işğalı altında idi. Amma artıq bu gün Azərbaycan öz ərazi bütövlüyünü döyüş müydanında təmin etdi və indi Nikol Paşinyan və onun digər dövlət nümayəndələrinin də təkrarlamağa başladığı kimi "Qarabağ Azərbaycandır!". Bəli, Levon Aronyan, Azərbaycan sözünü döyüş meydanında deyir.