Süleyman Qasımov Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edildi - SƏRƏNCAM Siyasət

Süleyman Qasımov Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev S.M.Qasımovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Süleyman Mehrəli oğlu Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.