Prezident İlham Əliyev Azərbaycanı regional iqtisadiyyatda mühüm mövqeyə çatdırıb - İtaliyalı ekspert Siyasət

Prezident İlham Əliyev Azərbaycanı regional iqtisadiyyatda mühüm mövqeyə çatdırıb - İtaliyalı ekspert

Prezident İlham Əliyev Azərbaycanı regional iqtisadiyyatın mühüm iştirakçısına çevirib.

Bu barədə Trend-ə Roma universitetinin nümayəndəsi, geosiyasət sahəsində ekspert Valentina Şabert deyib.

"Son iyirmi il ərzində Prezident İlham Əliyev ölkənin iqtisadi mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail olmaqla Azərbaycanı regional iqtisadiyyatda mühüm oyunçuya, eləcə də Avropa İttifaqı üçün deyil, digər ölkələr üçün də etibarlı neft-qaz tədarükçüsünə çevirib", - ekspert deyib.

Onun sözlərinə görə, bu, Ukraynada müharibə başlayandandan sonrakı dövrdə, 2022-ci ildə Azərbaycan Avropa Komissiyası ilə qaz tədarükü ilə bağlı saziş imzalayaraq həm Avropanın sanksiyalara məruz qalan Rusiyadan enerji asılılığını azaltmaq səyləri, həm də Avropanın enerji keçidi fonunda öz əsas rolunu təsdiqləyən zaman xüsusən nəzərə çarpıb.

"Eyni zamanda Azərbaycan Şərqi Avropanın bir sıra ölkələrinin, xüsusən son onillikdə münasibərlərin əhəmiyyətli dərəcədə inkişaf etdiyi Balkan ölkələri enerji təhlükəsizliyinə töhfə vermək iqtidarındadır", - Valentina Şabert deyib.

Regional əlaqələrdən danışan ekspert Prezident İlham Əliyevin rəhbərlik müddətinin infrastrukturun daimi təkmilləşdirilmə və yenilənmə dövrü olduğunu qeyd edib. Burada təkcə Orta dəhliz deyil, həm də Gürcüstan, Ələt Azad İqtisadi Zonası (AİZ) və Ələt limanını birləşdirən dəmir yolu infrastrukturu qeyd olunmalıdır ki, bu da Azərbaycanın investisiyalar cəlb etmək və Avropa ilə Asiya arasında körpü rolunu oynamaq qabiliyyətinin səciyyəvi xüsusiyyətidir. Həmçinin, bu dövrdə Rusiya, İran, Türkmənistan və Qazaxıstanla Xəzər dənizinin hüquqi statusuna dair mühüm saziş əldə olunub. Bu saziş yaxın illərdə bəhrəsini verəcək böyük nailiyyətdir.

Ekspert bildirib ki, əsas hadisələrdən biri olan Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpasının Prezident İlham Əliyevin siyasətinin mühüm uğuru hesab etmək olar.

"Prezident İlham Əliyev regional və beynəlxalq münasibətlər qurub ki, bunun nəticəsində üçüncü ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək BMT-nin Qarabağın Azərbaycana məxsus olduğunu təsdiq edən qətnamələrinə hörmət etdiklərini bildriblər", - Şabert deyib.

O bildirib ki, qarşıdakı dövr Ermənistanla sülh sazişinin imzalanması üçün həqiqətən həlledici olmaqla təqribən 30 il sonra Cənubi Qafqaza sülhü geri gətirəcək. Ekspert Qarabağın bərpasının mühüm investisiyalar və birgə səylər tələb edəcəyini əlavə edib.