“Ermənistanın arxasında hər hansı xarici güc olmasaydı işğal siyasətini həyata keçirə bilməzdi...” Siyasət

“Ermənistanın arxasında hər hansı xarici güc olmasaydı işğal siyasətini həyata keçirə bilməzdi...”

“Ermənistan Azərbaycanla müharibədə ağır məğlubiyyətə uğradıqlarını etiraf edib acı nəticələrindən dərs çıxarmaq əvəzinə yenə də təxribatçı fəaliyyətləri ilə sülhü pozmağa çalışır”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında siysi şərhçi Mürtəza Bünyadlı deyib. Onun fikrincə, bunun üçün də İrəvan uğradıqları ağır məğlubiyyətlərin məsuliyyətini üzərilərindən atıb sülhdən yayınmaq üçün ağlasımaz sərsəm fikirlər ortaya atmaqla məşğuldurlar: “Növbəti belə bir sərsəm fikri Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yenidən dilə gətirib. Sərsəm Qriqoryan yenə də məğlubiyyətin səbəbini özlərində deyil, kənarda axtarmağa başlayıb. Qriqoryan iddia edib ki, Rusiya Qarabağı Ermənistaın əlindən alıb Azərbaycana verdi. Belə bir sərsəm fikirlər səsləndirən Qriqoryanın dedikləri "adımı sənə qoyum, səni yana-yana qoyum" zərb-məsəlini xatırladır.
Çünki Ermənistan tarixən hansısa xarici güclərin və ölkələrin birbaşa dəstəyi, onların hərbçilərinin arxasında gizlənərək Azərbaycan torpaqlarını işğal edib. İki yüz ildən artıq müddətdə ermənilər xarici güclərin hərbi qüvvələrinin iştirakı ilə tarixi Azərbaycan torpaqlarında əldə alət olan bir uydurma, forpost Ermənistan dövləti yaradıblar. Əgər Ermənistanın arxasında hər hansı xarici güc olmasaydı işğal siyasətini həyata keçirə bilməzdi...”.