“Ermənistanın bu sərsəmliyini anlamaq olar” Siyasət

“Ermənistanın bu sərsəmliyini anlamaq olar”

“İkinci Qarabağ savaşından öncə Azərbaycan Prezidenti cənab İlham Əliyev də dəfələrlə bəyan edib ki, Ermənistanın hünəri varsa arxasındakı güclərdən imtina edib təkbaşına Azərbaycanla qarşı-qarşıya gəlsin və o zaman bəlli olacaq ki, kim kimdir. Kim güclüdür, kim zəif. Amma zaman yetişəndə Azərbaycan Ermənistanın arxasındakı himayədarların da dəstəyinə baxmayaraq öz qüdrətini döyüş meydanında sübut etdi”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında siysi şərhçi Mürtəza Bünyadlı deyib. Onun fikrincə, qısa zamanda Azərbaycan ordusu barəsində ordusu barəsində yaradılan mifləri darmadağın edərək ağır məğlubiyyətlərə uğratdı: “2023-cü ilin sentyabrında isə Azərbaycan ordusu rus hərbi kontibngentinin nəzarətində olan ərazidə kiçik mobil qüvvə ilə həyata keçirdiyi antiterror əməliyyatı isə heç bir sutka davam etmədi. 44 günlük müharibədə olduğu kimi, yendə də mülki insanlara zərər vermədən erməniləri ağrı məğlubiyyətə uğradıb ağ bayraq qaldırmaq zorunda buraxdı. Ona görə də, Ermənistanın bu sərsəmliyi anlamaq olar...”.