“Azərbaycan dəfələrlə belə təxribatçı hərəkətlərə son qoyulmasını tələb etdi” Siyasət

“Azərbaycan dəfələrlə belə təxribatçı hərəkətlərə son qoyulmasını tələb etdi”

“Ermənistanda ümid edirdilər ki, nə qədər şıltaqlıq etsələr də himayədarları onları müdafiə edəcək, onların əvəzində vuruşacaq, torpaq alacaq və ermənilər də sonradan onların arxasından çıxaraq özlərini "qəhrəman" elan edəcəklər. Amma zaman keçdi himayədarlar da ermənilərin bu niyyətini anladı”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında siysi şərhçi Mürtəza Bünyadlı deyib: “Hətta istəsələr belə buna gücləri yetmədi. Heç uzaq tarixə nəzər salmaq lazım deyil. İstər İkinci Qarabağ savaşı zamanı Ermənistana hansı ölkələrin silah verməsi, istərsə də 2020-ci il 10 noyabr bəyanatından sonra Azərbaycan ərazisinə sülhməramlı adı altında gələn rus hərbi kontingentinin 2023-cü ilədək Qarabağdakı erməniləri silahlandırılmasına göz yumması faktına nəzər yetirmək kifayətdir. Azərbaycan dəfələrlə belə təxribatçı hərəkətlərə son qoyulmasını tələb etdi. Lakin nə ermənilər, nə də onlara bu işdə yardım edənlər eşitmədi. Səbri dolan Azərbaycan yenə də "dəmir yumruğu" işə salmalı oldu və düşmən darmadağın edildi...”.