“Ən yaxşı  variant  Ermənistanın Bakının  şərtləri daxilində sülhü imzalamasıdır” Siyasət

“Ən yaxşı  variant  Ermənistanın Bakının  şərtləri daxilində sülhü imzalamasıdır”

“Ermənilər əvvəllər olduğu kimi yenə də kimlərinsə onların əvəzinə döyüşəcəyini gözləyirdi, amma olmadı”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında siysi şərhçi Mürtəza Bünyadlı deyib: “Azərbaycan tərəfi böyüklük nümayiş etdirib Ermənistanı üzləşdiyi bu ağır vəziyyətdən çıxarmaq üçün sülh əlini uzatmasına baxmayaraq İrəvan hələ də adekvat münasibət sərgiləmir. Əgər İrəvan xəyallarından vəziyyəti əks istiqamətə dəyişəcəklərini keçirirlərsə, yanılırlar. Artıq keçmiş dövrü geri qaytarmaq mümkün deyil. Ən yaxşı variant Ermənistanın məsuliyyəti üzərindən atmaq yox, səhvlərini etiraf edib, bundan imtina etməklə Bakının şərtləri daxilində sülhü imzalamasıdır”.