“Azərbaycan Silahlı Qüvvələrinin ən müasir silah və texnikalarla təchiz olunması prioritet olaraq qalır” Siyasət

“Azərbaycan Silahlı Qüvvələrinin ən müasir silah və texnikalarla təchiz olunması prioritet olaraq qalır”

“Bu il Bakıda keçiriləcək “ADEX” sərgisində biz Azərbaycan-Türkiyə birgə müəssisələrində istehsal olunan bəzi məhsulları da görə biləcəyik. Yaxın üç ildə isə Azərbaycan və Türkiyənin birgə istehsal etdiyi məhsullar artıq ixrac olunacaq”. Xalqcəbhəsi.az xəbər verir ki, ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. O, əlavə edib ki, istənilən halda Ali Baş Komandan İlham Əliyev üçün Azərbaycan Silahlı Qüvvələrinin təminatı, təchizatı, onların ən müasir silah və texnikalarla təchiz olunması prioritet olaraq qalır və gələcəkdə də bu prioritet dəyişməyəcək: “Azərbaycan regional gücdən qlobal gücə çevrilmək istiqamətində addımlarını uğurla davam etdirir”.