![Azərbaycanla Türkiyə arasında su təsərrüfatı sahəsində əməkdaşlıq sazişi təsdiqlənib](https://xalqcebhesi.az/media/2024/07/02/225x136/6683e71c16f356683e71c16f3617199204126683e71c16f336683e71c16f34.jpg)
![Azərbaycanla Türkiyə arasında su təsərrüfatı sahəsində əməkdaşlıq sazişi təsdiqlənib](https://xalqcebhesi.az/media/2024/07/02/225x136/6683e71c16f356683e71c16f3617199204126683e71c16f336683e71c16f34.jpg)
Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir: “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarını və “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il 27 iyun tarixli Qərarını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 981‑ci maddəsinin I hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.
2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilsin”.