“Zəngilan” tankerinin cənab Prezident tərəfindən istifadə verilməsi çox önəmlidir” Siyasət

“Zəngilan” tankerinin cənab Prezident tərəfindən istifadə verilməsi çox önəmlidir”

“Ölkə iqtisadiyyatının gələcəyi istehsalla bağlıdır. Bunun ikinici yolu və variantı yoxdur. Bu baxımdan “Bakı Gəmiqayırma Zavodu”nda inşa edilən və ikinci neft və kimyəvi məhsullar daşıyan “Zəngilan” tankerinin cənab Prezident tərəfindən istifadə verilməsi çox önəmlidir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O, bildirib ki, bu əvvəlcə ölkədə yaradılmış böyük və ciddi dəyərdir: “İkinci bir tərəfdən isə uzunluğu 141 m, eni 16.9 m, bortunun hündürlüyü isə 6 m, xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kub metr olan bu tanker xarici sularda Azərbaycan adına fəaliyyət göstərərək çox tərəfli strateji dvidentlər gətirəcəkdir.
Odur ki, açılan yüz restorandan və ya yüz ticarət obyektindən belə bir gəmi daha strateji, daha iqtisadi dayanıqlı və ölkə iqtisadiyyatı üçün daha vacibdir. Çünki, onlar əsasən ortada olan pulları dövr etdirir və tədricən də həmin pulları xaricə çıxarır. Gəmilər və buna bənzər fəaliyyətlər isə kənardan ölkəyə pul gətirir”.