"Azərbaycan ərazilərini işğal faktına görə Ermənistan reparasiyadan da qaca bilməyəcək" Siyasət

"Azərbaycan ərazilərini işğal faktına görə Ermənistan reparasiyadan da qaca bilməyəcək"

Azərbaycanın Ermənistan qarşısında sülh müqaviləsinin imzalanması üçün qoyduğu konkret tələbi var: Ermənistan Konstitusiyasında qonşu dövlətlərə qarşı ərazi iddiasına dair müddəaları ləğv edilməlidir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib:

"Azərbaycanın Ermənistanla sülh müqaviləsinin SSRİ-nin 1991-ci ilə yaxud, hər hansı bir dövrdə aid inzibati xəritələri əsasında imzalanmasını, həmçinin sərhədlərin delimitasiyasını hər zaman mümkünsüz hesab etmişəm. Ermənistanla indiki məlum şərtlər əsasında delimitasiya, sülh müqaviləsi, Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci il Paris sülh konfransında tanınmış ərazilərinin hansı ki, Ermənistana verilib, geri qaytarılmasını çətinləşdirə bilər. Ermənistanda Paşinyan hakimiyyətinin də "Ermənistana kadastr sənədi" məhz qeyd etdiyim məqamlara söykənir. Cənab prezident İlham Əliyevin Kanada səfirini qəbulu zamanı Ermənistanla "sülh şərtləri" barədə açıqlaması, əslində Azərbaycanın bütövləşməsi, 1920-ci ilə ərazilərinin bərpasına özündə ehtiva edir".

O ki, qaldı azərbaycanlıların Qərbi Azərbaycana (indiki Ermənistana) qayıdış məsələsinə, əlbəttə ki, siyasi baxımdan bu məsələ qarşılıqlı olaraq hər iki tərəf üçün mümkün müzakirə predmetidir. Ancaq, reallıqda ermənilərin azərbaycanlılara qarşı oturuşmuş nifrət fonunda geri dönüşü mümkün deyil. Xankəndidən köç edən ermınilər buna əyani sübutdur. Ancaq azərbaycanlıların Qərbi Azərbaycana geri dönüşü həm xalqın öz istək və arzusuna, həm də dövlətimizin siyasi iradə və gücünə əsaslandığından azərbaycanlılararın geri dönüşü mümkündür:

"Əlbəttə ki, Ermənistan buna heç bir halda imkan verməməyə çalışacaq. Çünki, erməni xalqı nəticə olaraq öz dövlətçiliyinin itiriləcəyinin fərqindədir. Dövlətçiliyini qorumaq üçün Ermənistan ərazi güzəştinə də gedəcək. Azərbaycan ərazilərini işğal faktına görə Ermənistan reparasiyadan da qaca bilməyəcək. Ermınistanın monoetnik mahiyyəti digər xalqlarla, xüsusəndə türklərlə birgə yaşayışı mümkünsüz edir. Əslində də erməni mahiyyətli Azərbaycanı öz hədələri üçün imkanları saxlayan vəziyyət yaradır. Kompleksdə bu şərtlər Ermənistanı Azərbaycana 1920-ci ildən ələ etdiyi torpaqları qaytarmağı şərtləndirir.

Ermənistanla Azərbaycan arasında mümkün çərçivə, yaxud sülh müqaviləsinin imzalanma ehtimalını həmişəki kimi çox zəif hesab edirəm. Qeyd edilən sənədlər imzalansa da belə, həmin sənədlərdə Ermənistnın SSRİ dövründə qanunsuz və Azərbaycanın razılığı olmadan əldə etdiyi torpaqlara "kafastr", yaxud "mülkiyyətçi" hüququ əldə edə bilməyəcək".

Cavid