"Dörd anklav kəndlərlə bağlı məsələ tezliklə həll olunması mümkün görünmür" Siyasət

"Dörd anklav kəndlərlə bağlı məsələ tezliklə həll olunması mümkün görünmür"

Azərbaycanla Ermənistan arasında dörd anklav kəndlərlə bağlı məsələlər sülh müqaviləsi prosesində öz həllini tapa bilər. Ümumiyyətlə, dörd anklav kəndlə bağlı mübadilə baş tuta bilər.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, faktiki Ermənistan ərazisində ada olan dörd kənddə infrastruktur layihələri icra etmək və əhalini ora köçürmək strateji cəhətdən risklidir:

"Qeyd edim ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Gürcüstanda Azərbaycanla sülh müqaviləsinin bir ata bağlanması mümkünlüyünü qeyd edib. Ermənistan rəhbərliyi dəfələrlə bu tezisi gündəmə gətirir. Bununla beynəlxalq ictimaiyyətə sülhə hazir olduqlarını nümayiş etdirirlər.

Halbuki sülh müqaviləsinin bağlanması Ermənistan konustitusiyasına ziddir. Azərbaycan prezidenti cənab İlham Əliyev Ermənistan konustitusiyasında Azərbaycana qarşı ərazi iddiaları çıxarılmayınca sülh müqaviləsinin bağlanmasının mümkün olmayacağını bəyan edib. Amma, baza prinsipləri əsasında çərçivə sazişi imzalanması mümkündür.
Dörd anklav kəndlərlə bağlı məsələ tezliklə həll olunması mümkün görünmür".

Cavid