Seçkilərdə iştirakdan imtina etməyəcəm - Bayden Siyasət

Seçkilərdə iştirakdan imtina etməyəcəm - Bayden

ABŞ prezidenti Co Bayden qərargahı və Demokratlar Partiyasının Milli Komitəsi ilə videokonfrans zamanı bildirib ki, o, seçkilərdə iştirakdan imtina etməyəcək.

Bu barədə RİA Novosti Politico-ya istinadən yazır.

Nəşr Baydendən sitat gətirir: “İcazə verin, mümkün qədər aydın, mümkün qədər sadə və birbaşa deyim: mən iştirak edirəm... Heç kim məni qovmur, getmirəm, sona qədər mübarizə aparacağam və biz qalib gələcəyik”.

Xatırladaq ki, Amerika mətbuatı bir qrup demokrat qanunvericinin yarışdan çıxmaq üçün ABŞ prezidentinə müraciət etmək planları barədə məlumat yayıb. Belə ki, Nümayəndələr Palatasının üzvlərindən biri, demokrat Lloyd Doggett açıq şəkildə Baydeni alternativ namizədin xeyrinə seçkilərdə iştirakdan imtina etməyə çağırıb. Daha sonra onun partiya üzvü və həmkarı Raul Qrijalva jurnalistlərə müsahibəsində bildirib ki, başqa namizədlər axtarılmalıdır. Ağ Ev Baydenin "həmişə olduğu kimi kəskin" olduğunu və seçkidən geri çəkilməyəcəyini söyləyib.

Cavid