Milli Məclisin deputatları Çinə səfər edəcəklər Siyasət

Milli Məclisin deputatları Çinə səfər edəcəklər

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Fatma Yıldırım, Elnur Allahverdiyev və Soltan Məmmədov iyulun 5-də Çin Xalq Respublikasının Şandon əyalətinin Tsindao şəhərinə səfər edəcəklər.
Xalqcəbhəsi.az xəbər verir ki, səfər çərçivəsində deputatlar burada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yaşıl inkişaf üzrə Forumunda iştirak edəcəklər.
Tədbirdə “Yaşıl inkişaf yolunda birgə irəliləmə, insan və təbiətin harmonik mövcudluğunun təşviqi” mövzusunda müzakirələr aparılacaq, Azərbaycanın COP29-da sədrliyi çərçivəsində ətraf mühitin mühafizəsinə və yaşıl inkişaf istiqamətlərindəki fəaliyyətə nəzər salınacaq.
Səfər iyulun 10-da başa çatacaq.