“İndi artıq fərqli bir dünya yaranır” Siyasət

“İndi artıq fərqli bir dünya yaranır”

“Astanada Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi görüşlər və “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamə”nin imzalanması dövlət başçısının andiçmə mərasimində xarici siyasət fəaliyyəti ilə bağlı dediklərinin həyata keçirildiyini göstərir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu deputat Musa Qasımlı deyib. Onun fikrincə, Çini Asiyanın "yatmış aslanı" adlandıran Napoleon deyirdi ki, bu aslan oyananda dünya fərqli olacaq: “İndi artıq fərqli bir dünya yaranır”.