“Çin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsinə məsələsində əlavə siyasi-diplomatik güc alır” Siyasət

“Çin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsinə məsələsində əlavə siyasi-diplomatik güc alır”

“Azərbaycan və Çin arasında imzalanan, mahiyyətinə görə dərin, məzmunca geniş olan sənəd həm iki ölkə, həm Cənubi Qafqaz, həm də dünya məsələləri baxımından qəti mövqeləri özündə əks etdirir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu deputat Musa Qasımlı deyib. Onun fikrincə, Azərbaycan uzun illər boyu Çini narahat edən, bədənində qara yara olan "Tayvan məsələsi"ndə Pekini müdafiə edir: “Azərbaycan “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin Hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir.
Bu o deməkdir ki, Çin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsinə məsələsində əlavə siyasi-diplomatik güc alır”.