"ŞƏT-ə üzv olan ölkələrlərlə Azərbaycanın münasibəti önəmli mərhələyə daxil olub”-Mübariz Göyüşlü Siyasət

"ŞƏT-ə üzv olan ölkələrlərlə Azərbaycanın münasibəti önəmli mərhələyə daxil olub”-Mübariz Göyüşlü

"Azərbaycan aktiv xarici siyasət yürüdür, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıqlar gerçəkləşdirir. Bu sırada aparıcı regional təşkilat olan, get-gedə təsir imkanlarını genişləndirən Şanxay Əməkdaşlıq Təşkilatı da öncül yeri tutur".
Bunu xalqcebhesi.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib: "Azərbaycan ŞƏT-də tərəfdaşlıq statusu daşıyır ki, bu da əlaqələrin inkişaf dinamikasından xəbər verir.
Azərbaycan prezidenti İlham Əliyevin ŞƏT-in toplantısına fəxri qonaq qismində dəvət olunması da əlaqələrin inkişafına təkan verir və münasibətlərimizin səviyyəsini göstərir. İstər ŞƏT-lə, istərsə də ŞƏT-ə üzv olan dövlətlərlə Azərbaycanın münasibətləri önəmli bir mərhələyə daxil olub.
İkitərəfli və çoxtərəfli siyasi, iqtisadi, nəqliyyat, enerji, kommunikasiya əlaqələrinin qurulması və inkişafı Azərbaycan üçün faydalı nəticələr doğurmaqdadır.
Diqqəti cəlb edən məqam Azərbaycanın son illərdə artan nüfuzunun, tranzit imkanlarının genişlənməsi və ŞƏT ilə bu istiqamətdə əməkdaşlıq platformasının qurulmasıdır. Təhlükəsizlik, iqtisadi məsələlərdə də görülə biləcək işlər, əldə oluna biləcək faydalı məqamlar mövcuddur.
Bütün bunları ümumiləşdirib deyə bilərik ki, Astana zirvə görüşü, Azərbaycanın orada təmsil olunması əlaqələrin inkişafına təkan verən mühüm bir amil olacaq”.
Xalq Cəbhəsi Qəzeti | Bütöv Azərbaycanın qəzeti