![Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalanıb](https://xalqcebhesi.az/media/2024/07/07/225x136/1720288542704049501_1200x630.jpg)
![Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalanıb](https://xalqcebhesi.az/media/2024/07/07/225x136/1720288542704049501_1200x630.jpg)
Macarıstan Baş naziri Viktor Orban Azərbaycana səfər edəcək.
APA xəbər verir ki, bu barədə Baş nazirin sözçüsü Zoltan Kovacs bildirib.
Onun sözlərinə görə, Baş nazir Viktor Orban 5-6 iyul tarixlərində Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında iştirak edəcək.
"Sammitdə əsas diqqət nəqliyyat, əlaqələnmə və iqlim siyasəti vasitəsilə davamlı gələcəyin qurulmasına yönəldiləcək. Üzv dövlətlər, o cümlədən Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Macarıstan (müşahidəçi qismində) bu sahələrdə əməkdaşlığı genişləndirməyi hədəfləyirlər. Baş nazir Orban tərəfdaş dövlətlərin liderləri ilə də ikitərəfli danışıqlar aparacaq", - o bildirib.